Bu gün Naxçıvan Mediasiya Təşkilatının 2023-cü il üçün tədbirlər planına müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Naxçıvan Mediasiya Təşkilatında görüş keçirilib.
Görüşdə təşkilatın rəhbəri Yusif Həsənov çıxış edərək Mediasiya İnstitutunun Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında təşəkkülü və inkişafı, mediasiyanın prinsip və məqsədləri, mübahisələrin həllində mediasiyanın rolu, mediasiyada həll oluna biləcək mübahisələr haqqında görüş iştirakçılarına məlumat vermişdir.
Tələbələr konfidensiallıq gözlənilmək şərtilə mediasiya prosesinin aparılmasında praktiki iştirak etmiş, mediasiya sənədlərinin qeydiyyatı, arxivləşdirilməsi qaydaları ilə tanış olmuşlar.
277
342
212
151
223
190
284
357
272
295
297
448