Haqqımızda

Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” (bundan sonra “Strateji Yol Xəritələri” adlandırılacaq) təsdiq edilmişdir. Strateji Yol Xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirir və 3 əsas hədəf müəyyən etmişdir:

 

  1. (i) Mediasiya haqqında Qanunun hazırlanması;
  2. (ii) Mediasiya Şurasının yaradılması; və
  3. (iii) 2020-ci ilə qədər kiçik və orta sahibkarlar tərəfindən məhkəmə öncəsimübahisələrin həlli göstəricilərinin ikiqat yaxşılaşdırılması.

29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir.


Mediasiya Şurasının ilk üzvü olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixində ilk mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. 20 oktyabr 2020-ci il tarixində ilk dəfə Mediasiya Şurasına müraciət etmiş 17 namizədin mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi barədə qərar verilmişdir. Hal-hazırda mediatorların ilkin hazırlığı üzrə təlimləri keçib, sertifikat əldə etmiş üzvlərin Şuraya üzvlüyə qəbulu davam etməkdədir.

Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline