Mediasiya Şurası və Bakı 24 saylı mediasiya təşkilatı tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universiteti tələbələri üçün seminar keçirilib

1 may 2026-cı il tarixində Mediasiya Şurasının təşəbbüsü ilə Bakı 24 Saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universiteti tələbələri üçün maarifləndirici seminar təşkil olunub. Tədbiri giriş nitqi ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üçün effektiv və müasir alət olduğunu diqqətə çatdırıb. Hüquq şöbəsinin müdiri Qürbət Əsgərov…

Read More

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün daha bir təlim keçirilib

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 4 may 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin daha biri uğurla həyata keçirilib. Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların əsas məqsədi mediatorların peşəkar bilik və…

Read More

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən silsilə təlimlərin üçüncüsü baş tutub

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 30 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin üçüncü sessiyası uğurla həyata keçirilib. Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Təlimlərin təşkilində başlıca məqsəd mediatorların peşə hazırlığının…

Read More

Mediasiya Şurası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

Mediasiya Şurası, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub. Agentlik tərəfindən rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmasının təmin…

Read More

Oxucu soruşur, mediator cavablayır Mövzu: Miras mübahisələri və mediasiya

Miras mübahisələrində mediasiya mümkündürmü?Cavab:Bəli, miras mübahisələri mediasiya üçün ən uyğun sahələrdən biridir. Bu tip mübahisələrdə tərəflər adətən ailə üzvləri və qohumlar olur. Mediasiya prosesi könüllü əsasda həyata keçirilir və tərəflərə məhkəməyə müraciət etmədən, daha çevik və qarşılıqlı razılaşma yolu ilə mübahisəni həll etmək imkanı yaradır.Qohumlar arasında gərginlik necə idarə olunur?Cavab:Mediator proses zamanı neytral və təhlükəsiz…

Read More

Mediasiya Şurası və Bakı 25 saylı mediasiya təşkilatı tərəfindən 56 nömrəli tam orta məktəbdə “Məktəbli mediasiyası” adlı maarifləndirici tədbir keçirilib

7 aprel 2026-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 25 saylı Mediasiya Təşkilatı tərəfindən Şəhid Elşad Yəhyayev adına 56 nömrəli məktəbdə “Həmyaşıd mediasiyası” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Bakı 25 saylı mediasiya təşkilatının rəhbəri və təsisçisi Aqil Əsgərov, təsisçisi Tural Məmmədov, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədov, məktəbin direktoru Könül Hüseynova,…

Read More

Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayıb

Bakı 27 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 27 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 7 aprel 2026-cı il tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar Bakı 27 saylı mediasiya…

Read More

Oxucu soruşur, mediator cavablayır“Nəticə etibarilə, mediasiya yalnız mübahisəni həll etmir — o, gələcək münasibətləri də qurur” — Hümmət Əliyev

Ailə münasibətləri cəmiyyətin təməl sütunlarından biridir. Lakin bəzən bu münasibətlərdə yaranan anlaşılmazlıqlar mübahisələrə səbəb olur. Belə hallarda mediasiya tərəflər arasında körpü rolunu oynayaraq problemlərin sülh yolu ilə həllinə imkan yaradır. Mövzu ilə bağlı suallarınızı Mediasiya Şurasının üzvü, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru hüquqşünas-mediator Hümmet Əliyev cavablandırır.Mövzu: Ailə mübahisələrində mediasiyanın rolu1. Aliment məsələləri mediasiyada həll…

Read More

Mediasiya Şurası və Bakı 28 saylı mediasiya təşkilatı tərəfindən Bakı Biznes Universiteti tələbələri üçün seminar keçirilib

6 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 28 saylı mediasiya təşkilatı tərəfindən Bakı Biznes Universiteti tələbələri üçün “Mediasiyanın münaqişələrin həllində rolu və universitetlərdə tətbiq dairəsi” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin Menecment və marketinq kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Rahim Sadıqov mediasiyanın mübahisələrin məhkəmədənkənar…

Read More