Baş Prokurorluqda mediatorlar üçün konfrans keçirilib
11 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediatorların fəaliyyətində hüquqpozmalar, etik davranış, nüfuzdan sui-istifadə və dələduzluq riskləri” mövzusunda konfrans keçirilib. Tədbirdə 170-ə yaxın mediator iştirak edib. Konfransın əsas məqsədi mediatorların peşə fəaliyyəti zamanı yarana biləcək hüquqi və etik risklərin müzakirəsi, həmin risklərin vaxtında müəyyən edilməsi və qarşısının…
