23 oktyabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.
Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Dövlət Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Gülnar Həsənova və Rəşadət Yolçuyev tələbələrlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.
252
258
218
220