“Sığorta fəaliyyətində dələduzluq halları” mövzusunda təlim
1 il əvvəl
518

“Sığorta fəaliyyətində dələduzluq halları” mövzusunda təlim

Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin (MMK) layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Mediasiya Şurasının birgə əməkdaşlığı ilə mediatorların maliyyə savadlılığının, bank məsələləri ilə bağlı biliklərinin artırılması məqsədi ilə “Sığorta fəaliyyətində dələduzluq halları” mövzusunda təlim keçirilib.

22 avqust 2023-cü il tarixində Bakı KOB Evində baş tutan növbəti təlim Azər Sığorta şirkətinin Biznesin inkişafı və satış departamentinin Biznes analitikası və məhsulların inkişafi şöbəsinin baş mütəxəssisi və daxili təlimçi Aypara Sadıxova tərəfindən keçirilib.

Təlimdə mediatorlarla yanaşı Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də iştirak edib.

Təlimdə zamanı iştirakçılar Azərbaycanda siğorta sahəsi, sığorta anlayışları haqqında məlumat alıb, sığortalı ilə sığortaçı arasında yarana biləcək mübahisəli məqamlar, subroqasiya haqqında təcrübədə tez tez qarşılaşılan hallar ilə tanış olublar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline