Mediasiya Şurası ilə Paşa Pay arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediatorlar və mediasiya təşkilatları ödənişlər ilə bağlı artıq “MilliÖn” terminallarında fiziki formada və “MilliÖn.az” elektron portaldan istifadə edə bilirlər.
Mediatorlar Mediasiya Şurasına üzvlük haqqı ödənişlərini, vətəndaşlar isə mediasiya təşkilatını seçməklə ilkin və tam mediasiya sessiyası ilə bağlı olan mediasiya xərclərini “MilliÖn” terminalları, elektron formada isə “MilliÖn.az” elektron portalı üzərindən həyata keçirə bilərlər.
Artıq vətəndaşlar ümumilikdə 25 mediasiya təşkilatı üzrə ödənişləri “MilliÖn” terminalları və portalı vasitəsilə edə biləcəklər.
Beləliklə, “MilliÖn” terminalları və portalı vasitəsilə ödəniş edilə biləcək təşkilatlar aşağıdakılardır:
1.Mediasiya Şurası
2.Bakı 2 saylı mediasiya təşkilatı
3.Bakı 3 saylı mediasiya təşkilatı
4.Bakı 8 saylı mediasiya təşkilatı
5.Bakı 9 saylı mediasiya təşkilatı
6.Bakı 10 saylı mediasiya təşkilatı
7.Bakı 11 saylı mediasiya təşkilatı
8.Bakı 12 saylı mediasiya təşkilatı
9.Bakı 13 saylı mediasiya təşkilatı
10.Bakı 14 saylı mediasiya təşkilatı
11.Bakı 15 saylı mediasiya təşkilatı
12.Bakı 16 saylı mediasiya təşkilatı
13.Bakı 18 saylı mediasiya təşkilatı
14.Cəbrayıl 1 saylı mediasiya təşkilatı
15.Gəncə 1 saylı mediasiya təşkilatı
16.Gəncə 2 saylı mediasiya təşkilatı
17.Goranboy 1 saylı mediasiya təşkilatı
18.Qazax 1 saylı mediasiya təşkilatı
19.Qusar 1 saylı mediasiya təşkilatı
20.Lənkəran 1 saylı mediasiya təşkilatı
21.Sabirabad 1 saylı mediasiya təşkilatı
22.Salyan 1 saylı mediasiya təşkilatı
23.Sumqayıt 1 saylı mediasiya təşkilatı
24.Şəki 1 saylı mediasiya təşkilatı
25.Tovuz 1 saylı mediasiya təşkilatı
26.Yevlax 1 saylı mediasiya təşkilatı