Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrupun iclası keçirilib. Tədbirdə Ombudsman Aparatının, Mediasiya Şurasının, dövlət qurumlarının nümayəndələri və mediatorlar iştirak ediblər. Yekunda Mediasiya Şurası tərəfindən hazırlanan təkliflər dinlənilib, açıq müzakirələr keçirilib.