Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mediasiya Şurasında işçi qaydada görüş keçirilib. Görüşdə Agentlik və Şura arasında mediasiya sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi və qeyd edilən sahə üzrə fəaliyyət planının hazırlanması, eləcə də birgə fəaliyyət planı üzrə işlərin görülməsi müzakirə edilib. Agentliyin icraşı direktoru Aygün Əliyeva Mediasiya Şurasının fəaliyyətini yüksək qiymətləndirib və bu əməkdaşlığın vətəndaş cəmiyyəti sektoru üçün çox önəmli olacağını vurğulayıb. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası yarandığı dövrdən bu günədək fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakına böyük önəm verib. Məhz bu səbəbdəndir ki, Mediasiya Şurasının Məşvərət Komissiyasında 15 vətəndaş cəmiyyəti nümayəndəsi təmsil edilir. N.Adilov birgə əməkdaşlığın hər iki sektor üçün önəmli olacağını qeyd edib.
Görüşdə iştirak edən mediatorlar təklif və suallarını Agentliyin icraçı direktoru Aygün Əliyevanın diqqətinə çatdırıb və cavablar alıblar. N.Adilov biznes sektoru üzrə ixtisaslaşmış biznes assosiasiyalarının kommersiya mübahisələrində rolunun önəmini qeyd edib və bu assosiasiyaların gələcək əməkdaşlıq çərçivəsində müəyyən layihələrə cəlb edilməsini təklif edib.
258
217
219