Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 09 oktyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 8 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd və təşkilatın mediatorları Pəri Əhmədova, Ayaz Süleymanov Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib. Günümüzdə Mediasiyanın rolu və əhəmiyyətini vurğulayan mediatorlar tələbələrlə müxtəlif kazuslar ətrafında müzakirələr edib və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib və tələbələrlə xatirə şəkli çəkilib.
273
208
149
218
186
271
233
348
268
291
292
441