Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 23 oktyabr 2023-ci il tarixində
Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçirilib.
Texniki Universitetin TV studiyasının direktoru Səfa Bağırov çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Texniki Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 10 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 10 saylı mediasiya təşkilatının rəhbəri Rauf Əzimov, təşkilatın mediatorları Orxan Abbasov və Natiq Məmmədov mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.
252
258
218
220