Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələri ilə Mediasiya Şurası nümayəndələri arasında görüş keçirilib.
1 il əvvəl
214

Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələri ilə Mediasiya Şurası nümayəndələri arasında görüş keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 04 oktyabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.

Görüşdə Memarlıq və İnşaat Universitetinin Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Orxan Naqdıyev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 

Görüşdə Mediasiya Şurasını Bakı 9 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova və təşkilatın təlimçi-mediatoru Mehriban Zeynalova tələbələrlə Mediasiya ilə bağlı maarifləndirici danışıqlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti, müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırıblar.

post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline