Mediasiya Şurasının təlimçiləri tərəfindən 16 oktyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tələbələri ilə görüş keçirilib.
Görüşdə Mediasiya Şurasını Bakı 16 saylı Mediasiya təşkilatı təmsil edib. Bakı 16 saylı mediasiya təşkilatının rəhbəri Oğul Kərimov və təşkilatın mediatorları Cavid Cəfərov, Rəsul Nəbizadə və Ramiq Qardaşov tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib, günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub. Eyni zamanda tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırıb.
Ən sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.
214
281
151
96
133
165
170
241
210
232
218
369