Azərbaycan Respublikası Prezidentinin 28.08.2023-cü ilı tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında Sosial Xidmətlərin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı" nın tələbləri çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri və Qəyyumluq və Himayə Komissiyasının sədri Mahir Əliyevin iştirakı ilə Mingəçevir 1 saylı Mediasiya Təşkilatı əməkdaşlarının təşkilatın ofisində birgə iclası keçirildi.
İclasda yuxarıda qeyd edilən Dövlət Proqramında Mediasiya Şurasının qarşısına qoyulan vəzifələr müzakirə olundu, Mahir Əliyevin və təşkilatın əməkdaşlarının çıxışları dinlənildi, ailədaxili mübahisələrin mediasiyada həlli ilə bağlı müzakirələr aparıldı, təkliflər verildi.
Eyni zamanda Mingəçevir 1 saylı mediasiya təşkilatı ilə şəhərin aidiyyəti qurumları arasında işgüzar əlaqələrin gücləndirilməsi, mediasiyanın vətəndaşlar arasında təbliği məsələləri üzərində fikir mübadiləsi aparıldı.
329
382
267
213
252
430
281
584
324
347
353
522