20 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq kollecin tələbələri ilə görüş keçirilib.
Maliyyə-İqtisad Kollecinin direktoru Oruc Məmmədov çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Maliyyə-İqtisad Kolleci arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 14 Saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib və sonda xatirə şəkli çəkilib.
214
281
150
96
132
124
164
169
209
231
217
368