Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş, tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Dillər Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Qulizadə Gülnar və Rəşad Əliyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.
252
258
218
220