Mediasiya Şurasının təqvim planına əsasən Salyan 1 saylı mediasiya təşkilatında monitorinq aparılmışdır.
8 ay əvvəl
369

Mediasiya Şurasının təqvim planına əsasən Salyan 1 saylı mediasiya təşkilatında monitorinq aparılmışdır.

Mediasiya Şurası Qanunvericilikdən, normativ - hüquqi aktlar və eyni zamanda Şuranın Nizamnaməsindən və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir. 

5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirilməsi məqsədi ilə Mediasiya Şurası İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli Qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilmişdir.  

Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov tərəfindən Salyan rayonuna səfər zamanı Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, Ulu öndər ehtiramla anılmış və abidə önünə gül dəstələri qoyulmuşdur. 

Təqvim planına əsasən Salyan 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Salyan 1 saylı mediasiya təşkilatının rəhbəri Elman Hənifəli və Salyan 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak etmişdir. 

Müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, barışıq sazişlərinin keyfiyyətli məzmunu, vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilmişdir. 

Qeyd edek ki, monitorinqlər digər mediasiya təşkilatlarında davam edəcəkdir.

post
post
post
post
post
Dünya
Oxşar xəbərlər
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline