Mediasiya Şurası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi davam edir.
1 il əvvəl
186

Mediasiya Şurası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi davam edir.

Mediasiya Şurası və beynəlxalq təşkilatlar arasında mediasiya proseslərinin mütərəqqi beynəlxalq təcrübə əsasında öyrənilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi davam edir. 

10 oktyabr 2023-cü il tarixində Dünya Bankının maliyyələşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu proqramı“ çərçivəsində “Mediasiya haqqında Qanunun tətbiqinə dəstək” layihəsi üzrə növbəti görüş baş tutub. 

Bakı 18 saylı mediasiya təşkilatının ofisində keçirilən görüşdə layihə üzrə Dünya Bankının əlaqələndiricisi Vüsal Qurbanlı, layihənin aparıcı eksperti Leonardo D’Urso, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Şuranın Hüquq və İnsan Hüquqları Komitəsinin sədri, Bakı 3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərov, Komitənin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Komitənin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri Cabbar Həsənov, İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Şuranın Daxili Audit Komitəsinin sədri, Bakı 13 saylı mediasiya təkilatının rəhbəri İlham Mehtiyev, mediatorlar və eyni zamanda Mediasiya Şurasının əməkdaşları iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycanın Mediasiya haqqında Qanununun və mediasiya ekosisteminin icrasını və ehtiyacların qiymətləndirilməsi üçün empirik məlumatların toplandığı, bir neçə ay davam edən intensiv monitorinqin nəticəsində hazırlanan 392 səhifədən ibarət Hesabatın Mediasiya Şurası ilə  müzakirə edilməsi olub. Müzakirələr zamanı beynəlxalq ekspertlər tərəfindən Azərbaycan Respublikası Mediasiya Şurasının fəaliyyəti yüksək qiymətləndirilib və Azərbaycanda mediasiyanın inkişafının müsbət temp üzrə inkişaf etdiyi qeyd edilib. Eyni zamanda mediasiya təşkilatlarının əldə etdiyi barışıq sazişləri üzrə məsələlər də yüksək qiymətləndirilərək daha yaxşı nəticələr üçün beynəlxalq təcrübənin tətbiq edilməsi məqsədi ilə müzakirələr aparılıb.

#MediasiyaŞurası #DünyaBankı #mediasiyatəşkilatı #mediasiya

Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline