Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçirilib
2 həftə əvvəl
163

Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçirilib

4 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Arabulucular Birliği, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin  təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ölkəmizdə mediasiya institutunun yaradılması, əhəmiyyəti barədə danışıb, konfransın Hüquq fakültəsində təhsil alan tələbələr üçün mühüm rol oynadığını vurğulayıb. 

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov bildirib ki, institut gənc olmasına baxmayaraq qısa zamanda müəyyən inkişaf yolu keçib, bu sahədə xeyli iş görülüb. "Mediasiya institutu bu gün ölkəmizdə nəinki məhkəmə-hüquq sistemi, eləcə də hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabitliyi təmin edir." deyə Hüseyn Səfərov qeyd edib.

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Türkiyənin mediasiya sahəsində qazandığı uğurlardan danışıb, praktiki fəaliyyət istiqamətlərindən söhbət açıb. 

Mediasiya Şurası İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov ölkəmizdə mediasiya sahəsində həyata keçirilən işlərdən danışıb, konfransın önəmindən bəhs edib.  

Sonra Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri, Mediasiya Şurası Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü Sadiq Bağırovun “Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu və Qanundan irəli gələn keyfiyyətli mediasiya xidmətləri”, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri, mediasiya təlimçisi Qasım Şalıyevin “Türkdilli dövlətlərdə mediasiya prosesləri, fərqli və oxşar cəhətlərin Azərbaycan mediasiya ilə müqayisəli təqdimatı” mövzularında çıxışları dinlənilib. 

Sonda Türk Dünyası Mediatorlar Birliyi tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mediasiya Təşkilatına hədiyyələr təqdim olunub.


post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline