Salyanda mediasiya və marketinq üzrə maarifləndirmə tədbiri keçirilib
2 həftə əvvəl
240

Salyanda mediasiya və marketinq üzrə maarifləndirmə tədbiri keçirilib

2 noyabr 2024-cü il tarixində Salyan 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü, Salyan Rayon İcra Hakimiyyəti və Salyan 1 saylı Mediasiya Təşkilatının təşkilati dəstəyi ilə "Mediasiya xidmətlərinin marketinqi və barışıq sazişlərinin işlək olması üçün maarifləndirmə tədbirləri" mövzusunda regional inkişaf və maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Salyan 1 saylı mediasiya təşkilatının direktoru Elman Hənifəli, VII Çağırış Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd, Mediasiya Şurası Etika Komitəsinin sədri Aqil Əsgərov və region mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar iştirak edib.

İlk paneldə "Mediasiyada marketinqin regionlarda təbliği və maarifləndirilməsi" mövzusu müzakirə edilib. Moderator rolunda çıxış edən Elman Hənifəli, mediasiyada marketinqin uğur hekayələrindən, çıxış edən digər nümayəndələr isə mediasiya xidmətlərinin marketinq fəaliyyətinin vacibliyi, barışıq sazişlərinin effektiv şəkildə həyata keçirilməsi üçün görüləcək tədbirlər və maarifləndirmə fəaliyyətlərinin əhəmiyyəti barədə danışıb.

İkinci paneldə isə "Sosial Şəbəkələrdə Mediasiya Marketinqi və Maarifləndirmə Strategiyaları" mövzusunda çıxışlar olunub. Burada sosial mediada maarifləndirmə kampaniyalarının təşkili, gənclərin və ictimaiyyətin prosesə daxil olunması və mediasiya xidmətlərinin düzgün marketinqi məsələləri müzakirə olunub. Bu mövzuda çıxış edən Bakı 12 saylı Mediasiya Təşkilatının üzvü mediator Zaur Quliyev, mediasiya xidmətlərinin sosial şəbəkələrdə düzgün təqdim olunmasının önəmini vurğulayıb.

Tədbirdə Bakı 12 saylı Mediasiya Təşkilatının, Lənkəran və Sabirabad Mediasiya Təşkilatlarının mediatorları, həmçinin Femida Vəkil Bürosunun vəkili Anar Ramazanov təşəkkürnamə ilə təltif edilib. 

Bundan əlavə, Femida vəkil bürosu ilə Salyan 1 saylı Mediasiya Təşkilatı arasında birgə əməkdaşlıq barədə memorandum da imzalanıb. Qeyd edilib ki, bu memorandum gələcəkdə hüquqi yardım və mediasiya xidmətlərinin inkişafı sahəsində daha səmərəli əməkdaşlığın qurulmasını təmin edəcək.

Tədbirin sonunda regional mediasiya xidmətlərinin genişləndirilməsi planları, maarifləndirmə kampaniyalarının gələcək inkişaf istiqamətləri müzakirə olunub, Salyan Uşaq Gənclər İdman və Şahmat Məktəbinin futbol komandası üçün hazırlanmış formalar təqdim edilib.


post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline