Pakistan Arbitraj və Mediasiya Milli Forumunun rəhbəri Sanaullah Aman Bakı 15 saylı mediasiya təşkilatında mediatorlarla görüşüb
10 ay əvvəl
37

Pakistan Arbitraj və Mediasiya Milli Forumunun rəhbəri Sanaullah Aman Bakı 15 saylı mediasiya təşkilatında mediatorlarla görüşüb

Bakıda səfərdə olan Pakistan Arbitraj və Mediasiya Milli Forumunun rəhbəri Sanaullah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı 15 saylı Mediasiya təşkilatının rəhbərliyi və mediatorları ilə görüşündə təşkilatın rəhbəri Qasım Şaliyev qonağa Azərbaycan Respublikasında mediasiya qanunvericiliyinin tətbiqi, Mediasiya Şurasının həyata keçirdiyi islahatlar, o cümlədən Bakı 15 saylı mediasiya təşkilatının strateji baxışı, missiyası və hədəfləri barədə ətraflı məlumat verib.

Bakı 15 saylı mediasiya təşkilatının ofisində olan Sanaullah Aman mediasiya üçün yaradılmış şərait, mediasiya proseslərinin aparıldığı zallar və təşkilatın iş rejiminin gedişatı ilə yaxından tanış olub. Qasım Şaliyev qonağa təşkilatın marketinq - maarifləndirmə fəaliyyəti, mediatorların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması üzrə görülən işləri qonağın diqqətinə çatdırıb. 

Görüşdə iştirak edən Bakı 15 saylı mediasiya təşkilatının mediatorları Aynur Hüseyn və Nərvin Mahmudova qonaqla fikir mübadiləsi aparıblar və mediasiya məxfiliyinin qorunması şərti ilə təcrübə paylaşımı ediblər. Mediatorlar qonaqla Pakistan və Azərbaycan mediasiyası arasındakı oxşar və fərqli cəhətlər haqqında geniş praktik müzakirələr aparıblar.

Sanaullah Aman qonaqpərvərliyə görə təşəkkür edərək Bakı 15 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib və özünün müəllifi olduğu “Mübahisələrin alternativ həllinin əsas prinsipləri” kitabını hədiyyə edib.

post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline