Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak edən Mediasiya Şurasının nümayəndə heyətini qəbul edib
2 həftə əvvəl
10

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak edən Mediasiya Şurasının nümayəndə heyətini qəbul edib

Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan köklü islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya proseslərinin də xüsusi önəmi olduğunu qeyd edib, muxtar respublikada görülən işlər barədə qonaqları məlumatlandırıb. Səlahiyyətli nümayəndə bildirib ki, ötən dövrdə muxtar respublikanın bölgələrində sakinlərlə görüşlər intensivləşdirilib və vətəndaş qəbulu günləri davam etdirilib. Müşahidə edilən problemlər kateqoriyalar üzrə təhlil edilərək protokollaşdırılıb, icrası üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. 

Səmimi qəbula görə təşəkkür edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, təşkil ediləcək konfransda nümayəndəliyin göstərdiyi əvəzsiz dəstək və təşkilatçılıq Mediasiya Şurası tərəfindən yüksək qiymətləndirilir. O, Prezident cənab İlham Əliyev tərəfindən aparılan islahatlar çərçivəsində Şuranın, mediasiya təşkilatlarının və mediatorların üzərinə düşən vəzifələr barədə məlumat verib, yarandığı gündən bu günədək Şuranın dövlət orqanlarının da yaxından dəstəyi ilə bir çox nailiyyətlər əldə etdiyini qeyd edib. Nadir Adilov bildirib ki, konfransın mediatorlar üçün çox böyük mənəvi mənası var.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə hazırlanmış xüsusi plaketlər Fuad Nəcəfliyə təqdim edilib.


post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline