Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak edən Mediasiya Şurasının nümayəndə heyətini qəbul edib
2 həftə əvvəl
159

Səadət Bəktaşi məhkəmə - hüquq sahəsində son illərdə aparılan islahatlar və yeniliklərə diqqət çəkib. O, qeyd edib ki, mediasiya institutunun qısa zamanda qazandığı uğur və qət etdiyi yol təqdirə layiqdir.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov xoş və səmimi qəbula görə Səadət Bəktaşi və Ali Məhkəmənin əməkdaşlarına öz təşəkkürlərini bildirib.

Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel öz çıxışında türkdilli dövlətlərin mediasiya sahəsində birgə gördüyü işlər və yaxın tarixdə keçiriləcək 1-ci Beynəlxalq Mediatorlar Qurultayı barədə məlumat verib.

Görüşdə həmçinin Türk Dünyası Mediatorlar Birliyinin baş katibi Yusuf Gözel, Türk Dünyası Mediatorlar Birliyi Təlim və Tədris Komissiyasının üzvü Mehmet Ali Baranlı, Türk Dünyası Mediatorlar Birliyi İcra Komissiyasının üzvü İrfan Medet Akpınar, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.

post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline