Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımıza mediatorların səfərləri davam edir.
Mediasiya Şurasının və Bakı 20 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə 6-7 iyun 2025-ci il tarixində mediatorlar Xankəndi, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam, Xocalı və Əsgəranı ziyarət edəcək.
Mediatorlar arasında korporativ və mehriban ünsiyyətin qurulması məqsədi ilə baş tutacaq səfərdə 50 nəfər mediator iştirak edəcək. Səfərin qrup rəhbəri isə mediator Ülkər Zülfüqarovadır.
493
531
433
451