25 avqust 2024-cü il tarixində Mingəçevir 1 saylı Mediasiya Təşkilatının direktoru Ayaz İsmayılzadə, hüquqşünas mediator Mirməmməd Əyyubov və mediator Elnur Həsənzadə ilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanasının direktoru Ülfət Qurbanov və səhiyyə əməkdaşları arasında "Mediasiya və onun üstünlükləri" mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı mediasiyada danışıqlar yolu ilə mübahisələrin necə effektiv həll edilə biləcəyi, mediatorun konfliktin həlli prosesində rolu barədə geniş məzmunla çıxış edilib.
Bütün iştirakçılara məlumatlandırıcı bukletlər təqdim edilib, tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.
481
522
424
437