Mediasiya Şurasının nümayəndələri Naxçıvanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib
2 həftə əvvəl
83

Mediasiya Şurasının nümayəndələri Naxçıvanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Mediasiya Şurasının nümayəndə heyəti Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub və Ümummilli liderin xatirəsini yad ediblər.

Səfərdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel, Türk Dünyası Mediatorlar Birliyinin baş katibi Yusuf Gözel, Türk Dünyası Mediatorlar Birliyi Media Rabitə Komissiyasının sədri Eda Günday, Türk Dünyası Mediatorlar Birliyi Təlim və Tədris Komissiyasının üzvü Mehmet Ali Baranlı, Türk Dünyası Mediatorlar Birliyi İcra Komissiyasının üzvü İrfan Medet Akpınar, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.


Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline