Mediasiya Şurasının nümayəndələri Naxçıvan şəhərində Heydər Əliyev muzeyini ziyarət ediblər
2 həftə əvvəl
24

Mediasiya Şurasının nümayəndələri Naxçıvan şəhərində Heydər Əliyev muzeyini ziyarət ediblər

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Mediasiya Şurasının nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət edib, Ulu öndərin həyat və yaradıcılığı ilə tanış olublar. Eyni zamanda muzeydə Ümummilli liderə aid saxlanılan, tariximizin şərəfli parçalarından biri olan eksponatlar barədə də nümayəndə heyətinə məlumat verilib. Türk Dünyası Mediatorlar Birliyi adından İdarə Heyətinin sədri Yakup Erikel Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə hazırlanmış xüsusi plaket muzeyə xüsusi ehtiram və xatirə olaraq hədiyyə edilmişdir. 

Səfərdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel, Türk Dünyası Mediatorlar Birliyinin baş katibi Yusuf Gözel, Türk Dünyası Mediatorlar Birliyi Media Rabitə Komissiyasının sədri Eda Günday, Türk Dünyası Mediatorlar Birliyi Təlim və Tədris Komissiyasının üzvü Mehmet Ali Baranlı, Türk Dünyası Mediatorlar Birliyi İcra Komissiyasının üzvü İrfan Medet Akpınar, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.

post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline