10 may 2025-ci il tarixində keçirilən Bakı 21 saylı Mediassiya Təşkilatının təqdimatında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Milli Majlis'in deputatı Aydın Hüseynov, Qaradağ rayonu icra hakimiyyətinin nümayəndəsi Cavid Əliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
Milli Məclisin Qaradağ rayonundan seçilmiş deputatı Aydın Hüseynov ölkədə mediasiya institutunun yaranması və keçirilən islahatlar nəticəsində inkişafının bu günkü gündə mübahisələrin alternativ həllində mühüm rol olduğunu qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı mediasiya institutunun əldə etdiyi nəticələri yüksək qiymətdirərək, bu çətin, məsuliyyətli işdə yeni yaranmış mediasiya təşkilatına uğurlar arzu edib.
Qaradağ rayonu icra hakimiyyətinin nümayəndəsi Cavid Əliyev icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun salamlarını çatdırıb, yeni yaranan mediasiya təşkilatının rəhbərini təbrik edib.
Daha sonra mediasiya təşkilatları adından Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürov çıxış edərək mediasiya təşkilatının fəaliyyətində uğurlar arzu edib.
Sonda Bakı 21 saylı mediasiya təşkilatının rəhbəri Zaur Mirzəbəyov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib.
448
494
399
411