13 may 2025-ci il tarixində azərbaycanlı mediatorlar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ədliyyə Nazirliyi nəzdində mediator, Ankara Yıldırım Beyazıt Universitetində Rəqabət Hüququ kafedrasında müəllim, vəkil, prof. Dr. Seldağ Güneş Peschke və Başkent Universiteti “İletişim” fakültəsinin dosenti, Dr. Lutz Peschke ilə görüşüb.
Görüşdə Mediasiya Şurası İntizam Komissiyasının üzvü Venera Əsgərova, Bakı 6 saylı Mediasiya Təşkilatının rəhbəri Tural Şahbazov, Bakı 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılov, mediatorlar Ülkər Zülfüqarova və Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev iştirak edib.
Görüş zamanı qonaqlarla mediasiya sahəsində təcrübə mübadiləsi barədə geniş müzakirələr edilib.
448
494
399
411