Ağdam Şəhəri Günündə Ağdam 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb
3 gün əvvəl
206

Ağdam Şəhəri Günündə Ağdam 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb

Ağdam 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Ağdam 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 

Ağdam 2 saylı mediasiya təşkilatına Ağdam, Beylaqan, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Xankəndi, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonu üzrə vətəndaşlar müraciət edə bilər.

Qeyd edək ki, bu gün eyni zamanda Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Ağdam 2 saylı mediasiya təşkilatının məlumatları:

Ünvan: H. Əliyev prospekti, DSMF-nin Ağdam rayon şöbəsinin birinci mərtəbəsi
Email: [email protected]
Telefon: +994 50 343 17 43

Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline