Abşeron 1 saylı mediasiya təşkilatı və Quba 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə mediasiya təşkilatları Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Abşeron 1 saylı mediasiya təşkilatına Abşeron rayonu üzrə vətəndaşlar müraciət edə bilər.
Quba şəhəri üzrə fəaliyyət göstərəcək olan Quba 1 saylı mediasiya təşkilatına Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonları üzrə vətəndaşlar müraciət edə bilər.
Qeyd edək ki, 29 oktyabr 2024-cü il tarixindən etibarən mediasiya təşkilatları fəaliyyətə başlayıb.
Abşeron 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, 2
Email: [email protected]
Telefon: +994777661104
Quba 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Quba şəhəri, Heydər Əliyev pr. 227, İlqaroğlu Business Center, II mərtəbə
Email: [email protected]
Tel: +994774507744; +994772507744 (whatsapp)
491
530
432
450