Tədbir Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi və Ş. Qurbanov adına şəhər klubunun birgə təşkilatçılığı ilə baş tutan görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Tədbirdə Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov da çıxış edib. O, çıxışı zamanı Mediasiya sahəsində görülən işlər, ailə və mülki mübahisələrin qarşılıqlı razılaşma əsasında həll olunması imkanları barədə məlumat verib, alternativ mübahisələrin həlli mexanizmlərinin hüquqi münasibətlərin sağlam təməl üzərində qurulmasına xidmət etdiyini bildirib.
Sonda xatirə şəkilləri çəkdirilib.
493
531
433
451