Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Ankara Medipol Universitetinin Hüquq fakültəsinin tələbələri ilə görüşüb

5 noyabr 2025-ci il tarixində Türk Dünyası Arabulucular Birliği‘nin (TDAB) rəhbərliyi Ankara Medipol Universitetinin Hüquq fakültəsini ziyarət edib.

Görüşdə Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandilda Yakubov – Жандильда Жакупов, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri, TDAB sədr müavini Nadir Adilov, TDAB Baş katibi Yusuf Gözel, TDAB Mərkəzi Komissiyanın koordinatoru Osman Çelebi, Türkiyə Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden iştirak edib.

Görüşdə Universitetin Kommunikasiya fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ergin Ergül qonaqları tələbələrə təqdim edib və Universitetdə yaranan Tələbə Mediator Klubu barədə məlumat verib.

Nadir Adilov çıxışı zamanı Azərbaycanda mediasiya təcrübəsi, uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Jandilde Yakubov öz növbəsində Qazaxıstan mediasiya təcrübəsi, Nur Özdən və Osman Çelebi isə Türkiyə Respublikasının mediasiya təcrübəsi ilə bağlı çıxış edib.

Yusuf Gözel çıxışı zamanı TDAB fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir