Mediasiyanın Azərbaycan cəmiyyətindəki rolu

Mediasiyanın Azərbaycan cəmiyyətindəki roediasiyanın Azərbaycan cəmiyyətindəki rolu son illərdə xüsusilə artıb. İnformasiya əsrində yaşamağımız, xəbərlərin sürətli yayılması və sosial medianın geniş istifadəsi mediasiyanın cəmiyyət üçün əhəmiyyətini daha da qabarıq şəkildə ortaya qoyur. Mediasiya, mübahisələrin məhkəməyə getmədən, tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməsi prosesidir və bu, bir çox üstünlüklərə malikdir. Azərbaycan cəmiyyətində mediasiyanın tətbiqi, ilk növbədə,…

Read More

Qubada Qərbi Azərbaycan İcması ilə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Quba 1 saylı Mediasiya Təşkilatı arasında birgə əməkdaşlıq Memorandumunun imzalanmasına dair görüş keçirildi

4 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı MT və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə hər iki qurum arasında qarşıdakı dövrlərdə həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası, sosial dəstək, hüquqi maarifləndirmə və ictimai əməkdaşlıq sahələrində birgə əməkdaşlıq Memorandumunun imzalanmasına hazırlıq üzrə müzakirələrin aparılması məqsədilə görüş keçirilib….

Read More

Quba 1 saylı Mediasiya Təşkilatının-nın kollektivi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri, eləcə də rayonun bir sıra idarə və təşkilatlarının əməkdaşları Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin ofisini ziyarət ediblər

Görüş zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə geniş məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi yaddaşının qorunması, həqiqətlərin gənc nəslə çatdırılması və ictimai birliklərin bu prosesdə rolu xüsusi vurğulanıb.

Read More

Masallıda “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Masallı 2 Saylı Mediasiya Təşkilatının və Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Hacıtəpə kənd tam orta məktəbində “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Masallı 2 saylı mediasiya təşkilatının direktoru Tünzalə Qardaşova, Masallı Rayon İcra Hakimiyyətinin Xırmandalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Afəddin Kərimov, Xırmandalı…

Read More

Bakı 25 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb

Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayır Bakı 25 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 25 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 3 dekabr 2025-ci il tarixindən etibarən…

Read More

Qobustan rayonunda “20 oktyabr – 20 noyabr Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir baş tutub

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, Qobustan 1 saylı mediasiya təşkilatının direktoru Nemət Alcanov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan rayon məktəbliləri və müəllimlər iştirak ediblər. Tədbir zamanı uşaq hüquqları və azadlıqları, uşaq hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik, uşaq hüquqlarının…

Read More

Mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib

13 noyabr 2025-ci il tarixində “Uşaq Hüquqları Aylığı” çərçivəsində Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib. Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov və Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov tərəfindən keçirilən təlimdə ümumilikdə 50…

Read More

Sumqayıtda “Konstitusiya və Suverenlik ili’ çərçivəsində “Mediasiyanın hüquq islahatlarında rolu” adlı seminar keçirilib

17 noyabr 2025-ci il tarixində Sumqayıt 1 saylı Mediasiya Təşkilatının və Sumqayıt 1 saylı Uşaq – Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili’ çərçivəsində “Mediasiyanın hüquq islahatlarında rolu” adlı seminar keçirilib. Seminarda mövzu üzrə çıxış edən Sumqayıt 1 saylı mediasiya təşkilatının direktoru, vəkil – mediator Etibar Həsənov ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan…

Read More

Bakı 15 saylı mediasiya təşkilatının direktoru Qasım Şaliyev tərəfindən Femida könüllüləri üçün “Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma” mövzusunda təlim baş tutub

14 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru, vəkil Qasım Şaliyev tərəfindən “Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub. Təlim…

Read More

Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələrini qəbul edib

14 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması – Western Azerbaijan Community rəhbərliyi ilə Türk Dünyası Arabulucular Birliği‘nin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə TDAB Baş katibi Yusuf Gözel, İdarə Heyətinin üzvləri Pervin Yıldız, Neriman Karataş, Abdulkadir Güzel, Eda Günday İrəvanlı, eləcə də Azərbaycan Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Venera Əsgərova iştirak ediblər. Qərbi Azərbaycan…

Read More