Oxucu soruşur, mediator cavablayır Mövzu: Miras mübahisələri və mediasiya
Miras mübahisələrində mediasiya mümkündürmü?Cavab:Bəli, miras mübahisələri mediasiya üçün ən uyğun sahələrdən biridir. Bu tip mübahisələrdə tərəflər adətən ailə üzvləri və qohumlar olur. Mediasiya prosesi könüllü əsasda həyata keçirilir və tərəflərə məhkəməyə müraciət etmədən, daha çevik və qarşılıqlı razılaşma yolu ilə mübahisəni həll etmək imkanı yaradır.Qohumlar arasında gərginlik necə idarə olunur?Cavab:Mediator proses zamanı neytral və təhlükəsiz…
