Zaqatala 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır
Zaqatala 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə Zaqatala 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Qeyd edək ki, 24 dekabr 2025-ci il tarixindən etibarən Zaqatala rayonu üzrə vətəndaşlar Zaqatala 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Zaqatala 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Zaqatala şəhəri, F. Əmirov küçəsi 25
Email: zagatala1@mediasiya.gov.az
Telefon: +994 70 950 02 36
