Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsində qonaq olub

5 noyabr 2025-ci il tarixində Türk Dünyası Arabulucular Birliği‘nin (TDAB) rəhbərliyi Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsini ziyarət edib.

Görüşdə Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandilda Yakubov – Жандильда Жакупов, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri, TDAB sədr müavini Nadir Adilov, TDAB Baş katibi Yusuf Gözel, TDAB Mərkəzi Komissiyanın koordinatoru Osman Çelebi, Türkiyə Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden iştirak edib.

Qonaqları Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsinin dekanı prof. Dr. Ergin Ergül qarşılayıb. Daha sonra qonaqlara fakültə ilə tanış edib və fəaliyyəti barədə məlumat verib.