Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Ankara Yıldırım Bəyazid Universitetinin Hüquq fakültəsinin qonağı olub
4 noyabr 2025-ci il tarixində Türk Dünyası Arabulucular Birliği‘nin (TDAB) rəhbərliyi Ankara Yıldırım Bəyazid Universiteti, Hüquq fakültəsini ziyarət edib.
Görüşdə Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandilda Yakubov, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri, TDAB sədr müavini Nadir Adilov, TDAB İdarə Heyətinin üzvü Serpil Akdeniz, TDAB Media Təşviqi Komissiyasının kordinatoru vəkil – mediator Ayşe Eda Günday, TDAB Baş katibi Yusuf Gözel, TDAB Mərkəzi Komissiyanın koordinatoru Osman Çələbi, Türkiyə Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden iştirak edib.
Görüş zamanı Universitetin Hüquq fakültəsinin dekanı Dr. Neslihan Karataş Hüquq fakültəsi və Universitetdə olan tələbələrdən ibarət Mediatorlar Klubu və onun fəaliyyəti barədə məlumat verib.
Nadir Adilov, Jandildə Yakubov və Yusuf Gözel qəbula görə Universitetin və Hüquq fakültəsinin rəhbərliyinə təşəkkürlərini bildirib.
Daha sonra Klubun fəaliyyətində gənclərin və tələbələrin qarşılıqlı əməkdaşlığı barədə müzakirələr aparılıb.




