Tərtərdə mediasiya sahəsində maarifləndirici tədbir keçirilib

21 yanvar 2025-ci il tarixində Tərtər 1 saylı mediasiya təşkilatının təşkilatçılığı ilə Tərtər Peşə məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbir zamanı Tərtər 1 saylı mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov mediasiya və onun tətbiqi haqqında, həmçinin mediasiyanın üstünlükləri əlçatanlığı, konfidensiallığı, hüquq bərabərliyi və digər bu kimi müsbət xüsusiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tərtər Peşə məktəbinin direktoru Əli Babayev təşkilatçılığa görə Tərtər 1 saylı mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubova öz minnətdarlığını bildirərək qeyd etmişdir ki, mediasiyanın tətbiqi barədə əməkdaşların ətraflı şəkildə məlumatlandırılması gələcəkdə baş verə biləcək hər hansı mübahisənin mediasiya yolu ilə həll olunması istiqamətində mühüm addım olacaqdır.

Peşə məktəbinin müəllimi Sərfinaz Əliyeva peşə məktəbində təhsil alan gənclərin nəzərinə mediasiya təşkilatının gördüyü işləri çatdırıb.

Yekunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.