Sumqayıtda “Konstitusiya və Suverenlik ili’ çərçivəsində “Mediasiyanın hüquq islahatlarında rolu” adlı seminar keçirilib
17 noyabr 2025-ci il tarixində Sumqayıt 1 saylı Mediasiya Təşkilatının və Sumqayıt 1 saylı Uşaq – Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili’ çərçivəsində “Mediasiyanın hüquq islahatlarında rolu” adlı seminar keçirilib.
Seminarda mövzu üzrə çıxış edən Sumqayıt 1 saylı mediasiya təşkilatının direktoru, vəkil – mediator Etibar Həsənov ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan hüquqi islahatlar və bu islahatların tərkib hissəsini təşkil edən mediasiya mexanizmindən, onun faydalarından, təşkilatın yarandığı üç il ərzində mübahisələrin danışıqlar yolu ilə həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, seminar iştirakçılarının suallarını cavablandırıb.
Sumqayıt 1 saylı Uşaq – Gənclər İnkişaf Mərkəzinin rəhbəri Əntiqə Rzayeva mediasiyanın cəmiyyətimizdə rolu və faydalarından, Sumqayıt 1 saylı mediasiya təşkilatının mediasiya sahəsində Sumqayıt şəhər sakinləri üçün səmərəli fəaliyyətindən danışıb.
Daha sonra mediasiya təşkilatı tərəfindən fəallığı ilə seçilən iştirakçılara rəsmi təşəkkür elan edilib.











