Quba 1 saylı Mediasiya Təşkilatının-nın kollektivi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri, eləcə də rayonun bir sıra idarə və təşkilatlarının əməkdaşları Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin ofisini ziyarət ediblər
Görüş zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə geniş məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi yaddaşının qorunması, həqiqətlərin gənc nəslə çatdırılması və ictimai birliklərin bu prosesdə rolu xüsusi vurğulanıb.









