Qəbələdə “10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib
10 dekabr 2025-ci il tarixində Qəbələ Mediasiya Təşkilatı, Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi, Qəbələ Rəsm Qalareyasının təşkilatçılığı ilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qəbələ 1 saylı mediasiya təşkilatının direktoru Ədalət Əliyev, Qəbələ Rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Bəxtiyar Vəliyev, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı, Qəbələ Rəsm Qalareyasının direktoru Təzəgül Nesmiyeva, Qəbələ Tarix – Diyarşünaslıq Muzeyinin baş elmi işçisi Şəhanə Abdulhüseynli və digər əməkdaşlar iştirak ediblər.
İştirakçılar insan hüquq və azadlıqları, onların pozulması ilə yaranan problemlər və bu problemlərin alternativ həll yolu – mediasiya vasitəsilə həlli mövzusunda çıxışlar ediblər.







