Qırğız Respublikasının Mediatorlar İcmasının nümayəndələri Ali Məhkəmədə olublar
2026-cı il yanvarın 15-də ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Mediatorlar İcmasının nümayəndələri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.Qonaqları salamlayan Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun əhəmiyyətindən danışaraq, mediasiyanın mübahisələrin səmərəli, çevik və əlçatan şəkildə həllində mühüm rol oynadığını bildirib. Görüşdə mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın vacibliyi…
