Mediatorların ixtisasartırma və ilkin hazırlıq kurslarının yeni mərhələsinə başlanılıb

1 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün mediatorların ixtisasartırma və ilkin hazırlıq kurslarının yeni mərhələsinə başlanılıb.

Mediatorların ixtisasartırma kursunda 30 nəfər, mediatorların ilkin hazırlıq kurslarında isə 59 nəfər mediator iştirak edir.

Kursların açılış tədbirində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov cəlb edilən mediatorluğa namizədlərə Mediasiya Şurasının yarandığı tarixdən bu günədək keçdiyi inkişaf yolu və islahatlardan söz açıb.

Tədbirdə həmçinin açılış nitqi ilə çıxış edən Ədliyyə Akademiyasının Mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova mediatorların yeganə təlim qurumu olan Ədliyyə Akademiyasının bu sahədəki fəaliyyətindən bəhs edib və mediatorların təlimlərinin daha intensiv olacağını, tədrisin bu sahədəki əhəmiyyətini dilə gətirib.