Mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib

13 noyabr 2025-ci il tarixində “Uşaq Hüquqları Aylığı” çərçivəsində Mediasiya ŞurasıAR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib.

Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov və Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov tərəfindən keçirilən təlimdə ümumilikdə 50 nəfər mediator iştirak edib.