Mediatorlar klubunun sayca 16-cı qeyri-rəsmi görüşü keçirilib
6 dekabr 2025-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 16-cı səhər yeməyi baş tutub. Səhər yeməyində mediator və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib.
Səhər yeməyinin qonaqları Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Xarici Siyasət və Təhlükəsizlik Platformasının direktoru Elçin Alıoğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli olub.
Nadir Adilov mediatorlara qonaqları təqdim edib və dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib.
Zaur Əliyev çıxışı zamanı yeni nəşr olunan “”İnsan Hüquqları. Ensiklopediya” adlı kitabı və kitabda mediasiya sahəsi ilə bağlı toxunulan məsələləri nəzərə çatdırıb.
Həmçinin, qonaqlar Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Xarici Siyasət və Təhlükəsizlik Platformasının direktoru Elçin Alıoğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Mediasiya Şurası ilə əməkdaşlıq imkanlarına toxunublar və Nadir Adilov ilə birlikdə Bakı 6 saylı Mediasiya Təşkilatının direktoru Tural Şahbazova və Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayılova Türk Dünyası Mediatorlar Birliyi və Mediasiya Şurasının fəaliyyətində fəal iştiraklarına və dəstəklərinə görə Təşəkkür Plaketini təqdim ediblər.
Görüş zamanı eyni zamanda Mediasiya Şurasının üzvü, Bakı 20 saylı mediasiya təşkilatının mediatoru Venera Əsgərova ad günü münasibəti ilə iştirakçılar və qonaqlar tərəfindən təbrik edilib.
Görüş səmimi müzakirələrlə davam edib.

























































