Mediasiya Şurası və Balakən 1 saylı mediasiya təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tələbələri üçün seminar keçirilib
11 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Balakən 1 saylı mediasiya təşkilatı Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Zaqatala filialı tələbələri və müəllim heyəti ilə maarifləndirici görüş keçirib. Görüşün əsas məqsədi mediasiya institutunun mahiyyəti, tətbiq sahələri və cəmiyyət üçün əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq olub.
Tədbir zamanı Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova tərəfindən iştirakçılara mediasiyanın mübahisələrin alternativ həlli üsulu kimi rolu, onun hüquqi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Eyni zamanda mediator anlayışı, mediasiya prosesinin mahiyyəti və mediasiyanın vətəndaşlar üçün göstərilən xidmət kimi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin Universitetin direktoru, professor, dosent Raqif Qasımov çıxış edərək mediasiya institutunun hüquqi maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.




