Mediasiya Şurası və Bakı 25 saylı mediasiya təşkilatı tərəfindən 56 nömrəli tam orta məktəbdə “Məktəbli mediasiyası” adlı maarifləndirici tədbir keçirilib
7 aprel 2026-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 25 saylı Mediasiya Təşkilatı tərəfindən Şəhid Elşad Yəhyayev adına 56 nömrəli məktəbdə “Həmyaşıd mediasiyası” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bakı 25 saylı mediasiya təşkilatının rəhbəri və təsisçisi Aqil Əsgərov, təsisçisi Tural Məmmədov, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədov, məktəbin direktoru Könül Hüseynova, Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinin Azyaşlılar üzrə şöbə rəisi Tural Şahbazov, mediatorlar Vəfa Seyfullayeva, Liza Qurbanova, Günay Cəfərova, Fəridə Salahova, Ayaz Süleymanov, Xəlil Süleymanlı, Elnur Abbaszadə, Ramin İsayev, Nigar Məmmədova, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin direktor müavinləri, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən iştirakçılar mediasiya sahəsinin məktəblərdə və gənclər təşkilatlarında mediasiya biliklərinin təbliğinin önəmini qeyd edib və həm nəzəri bilikləri, həm də real dünya təcrübələrini birləşdirərək həmyaşıd mediasiyasının vacibliyini, necə işlədiyini və bu sahədəki uğurlu layihələri və praktikaları bildiriblər.
Tədbir sonunda iştirakçılara Vəfa Seyfullayevanın “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabı təqdim olunaraq, kitabın münaqişələrin həlli, sosial ədalət və gənclər arasında sağlam ünsiyyətin təşviqi məqsədilə hazırlanmış bir qaynaq olduğu bildirilib.











