Mediasiya Şurası üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qeyd ediblər
21 dekabr 2025-ci il tarixində Mediasiya Şurası üzvləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili birlikdə qeyd ediblər. Korporativ tədbirdə Mediasiya Şurası İdarə Heyəti, Mediasiya Şurası İntizam Komissiyası, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın anma mərasimi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tədbirin məhz cənab Prezident İlham Əliyevin doğum günü ərəfəsində təşkil olunmasının böyük qürur hissi olduğunu qeyd edib və cənab Prezident İlham Əliyevin apardığı geniş tərkibli islahatlara toxunub. O qeyd edib ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun imzalanması ilə cənab Prezident ölkəmiz üçün yeni olan bir peşənin təməlini qoyub. “Mediator peşəsinin yaranmasının təşəbbüskarı olan cənab Prezident İlham Əliyevi bütün mediatorlar adından təbrik edir, ona can sağlığı, uzun ömür arzu edirik.” – deyə, Nadir Adilov bildirib.
Nadir Adilov önümüzdəki ildə mediatorlara uğurlar arzu edib və peşə fəaliyyəti üzrə hər bir mediatordan bol barışıq sazişlərinin və mediator nüfuzunun daha da qaldırılmasını və bu peşə fəaliyyətində ən yüksək peşəkar standartlara nail olmağı arzu edib.
Daha sonra çıxış edən Mediasiya Şurası İntizam Komissiyasının sədri, təqaüddə olan hakim Mayıl Bayramov ağsaqqallar adından iştirakçıları bayram münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.
Tədbir korporativ mühitdə, musiqi proqramı ilə davam edib.






















































