Mediasiya məhkəməyə alternativ deyil, münasibətləri qoruyan bir fürsətdir – Hümmət Əliyev

“Oxucu soruşur, mediator cavablayır” rubrikasının növbəti buraxılışında sualları bu dəfə birbaşa praktiki təcrübəyə malik mediator cavablandırır. Rubrikanın budəfəki qonağı Quba 1 saylı Mediasiya Təşkilatı-nın direktoru, hüquqşünas mediator Hümmət Əliyevdir. Oxucuları ən çox maraqlandıran suallara aydın və praktik cavablar təqdim edirik.

  1. Mediasiya ilə məhkəmənin fərqi nədir?
    Mediasiya könüllülük, neytrallıq və məxfilik prinsipləri üzərində qurulan dialoq prosesidir; qərarı tərəflər özləri verirlər. Məhkəmədə isə qərarı hakim çıxarır və prosedur formal, vaxt və resurs baxımından daha sərtdir. Mediasiya münasibətləri qorumağa, məhkəmə isə hüquqi mübahisəni normativ qaydada həll etməyə yönəlib.
  2. Mediasiyadan sonra məhkəməyə müraciət olar?
    Bəli. Əgər mediasiya ilə razılaşma əldə olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. Razılaşma əldə olunub yazılı şəkildə təsdiqlənərsə, bu sənəd hüquqi qüvvəyə malik olur və qanunvericiliyə uyğun olaraq icra mexanizmləri tətbiq oluna bilər.
  3. Hansı daha sürətlidir?
    Adətən mediasiya daha sürətlidir, çünki cədvəlləşdirmə çevikdir və prosedur yığcamdır. Bir çox hallarda bir neçə görüş və ya hətta bir sessiya kifayət edir. Məhkəmə prosesləri isə mərhələli olur və uzanma riski yüksəkdir.
  4. Hansı daha az xərc tələb edir?
    Mediasiya, prinsipcə, daha az xərc tələb edir: qısa müddət, daha az rüsum və vəkil təşkilatı xərcləri. Məhkəmə proseslərində isə rüsumlar, ekspertiza, nümayəndəlik və vaxt itkisinə görə xərclər ümumi məbləği artırır.
  5. Hansı münasibətləri qoruyur?
    Mediasiya münasibət yönümlüdür: tərəflərin ehtiyac və maraqlarına fokuslanaraq dialoq mühiti yaradır və gələcək əməkdaşlıq imkanlarını saxlayır. Məhkəmə isə qalib-məğlub nəticəsi verdiyi üçün münasibətlərin zədələnmə riski daha yüksəkdir.
    Nəticə
    Statistika göstərir ki, düzgün planlanmış mediasiya müddəti azaldır, xərci aşağı salır və münasibətləri qoruyur. Biz bu faydanı daha çox insana çatdırmaq üçün əməkdaşlığa açığıq.
    Unutmayaq: Bəzən ən böyük qələbə qarşı tərəfi məğlub etmək deyil, ortaq razılığa gəlməkdir.
    Sualınız var? Ünvanlayın.
    Cavabı mediativ yanaşma ilə alın.
    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti, “Ligaroglu” Business Center II mərtəbə.
    Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44
    E/ünvan: quba1@mediasiya.gov.az
    Şabran ofisi:
    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
    Tel.mob: (+994) 77 588.77.44

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir